• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Pirat proqram təminatının istifadəsi kiber hücumlara səbəb olur - İdarə rəisi

Pirat proqram təminatının istifadəsi kiber hücumlara səbəb olur - İdarə rəisi
06.06.2024 13:49
Pirat proqram təminatından istifadə məlumatların oğurlanması və satılmasına gətirib çıxarır. Bunu "Dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. 

"Başqa bir problem lisenziyasız proqram təminatlarının yaratdığı informasiya təhlükəsizliyi məsələsidir. Bu məsələ ötən iclasda da qaldırılıb. Bu məsələnin əhəmiyyətliliyi ondan ibarətdir ki, pirat proqram təminatının istifadəsi çoxsaylı məlumatların əldə olunub, satılmasına gətirib çıxarır. Dövlət qurumlarına pirat proqramlarından istifadənin qarşısının alınması üçün nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyyə məktubları göndərilib", - Məmmədov iyunun 6- da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "IV Zirvə Toplantısı"-da çıxışı zamanı qeyd edib. 

O bildirib ki, 2023-cü ilin TOP20  Pirat proqram təminatından istifadə edən ölkələrinə baxanda yaxın qonşu dövlətlərin TOP 12- də yerləşdiyini görə bilərik. 

"Bunlara misal Rusiya, İran, Türkiyəni göstərə bilərik. Bu da bizim istifadə etdiyimiz dillərə yaxın dillərdə pirat proqram təminatının geniş yayılmasının göstəricisi olaraq qarşımıza çıxır. Türkiyə timsalında görə bilirik ki, pirat proqramları vasitəsilə oğurlanmış məlumatlar daha çox maliyyə istiqamətinə yönəlikdir. Maliyyə sahəsindəki kiber dələduzluq halı Türkiyədə də geniş yayılan haldır. Rusiya istiqamətində biz baxanda burada daha çox məlumatların oğurlanıb ,qara bazarda satılmasını müşahidə edirik. İranın timsalında isə bu məlumatların oğurlanıb, hər hansı formada istifadəsinin şahidi oluruq. Orada daha hədəfli kiber hücumları müşahidə edirik", - idarə rəisi əlavə edib.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:14
Külək güclənəcək - XƏBƏRDARLIQ
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Cəmiyyət 18:07
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol