• $
  • £

Ötən il uğur qazana bilməyən müəllimlər bu gün sertifikatlaşdırma imtahanı verəcəklər

Ötən il uğur qazana bilməyən müəllimlər bu gün sertifikatlaşdırma imtahanı verəcəklər
08.06.2024 08:45

Bu gün ötən il uğur qazana bilməyən müəllimlər təkrar sertifikatlaşdırmaya cəlb olunacaqlar.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Təkrar sertifikatlaşdırmaya cəlb edilən müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilirlər. 2023-cü ildə təşkil edilmiş sertifikatlaşdırma prosesində uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5495 nəfər ibtidai sinif müəllimi bu il təlimlərə cəlb olunub.

İyunun 21-22-də və 24-də isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu il ilk dəfə Naxçıvanda baş tutacaq sertifikatlaşdırmada 367 müəllim iştirak edəcək. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.
Cari ildə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Sertifikatlaşdırmadan keçən müəllim növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil ediləcək. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (3 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçən müəllimlər sertifikatlaşdırılma prosesindən azaddırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzərdə zəlzələ olub
Cəmiyyət 08:47
Xəzərdə zəlzələ olub
Bakıda ev çöküb - xəsarət alan var
Cəmiyyət 08:24
Bakıda ev çöküb - xəsarət alan var
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Cəmiyyət 23:34
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 23:18
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:51
Bu ərazilərdə işıq olmayacaq
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Cəmiyyət 21:52
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
Cəmiyyət 20:24
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Cəmiyyət 18:46
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Cəmiyyət 18:24
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol