• $
  • £

Azərbaycan Albaniyaya 200 milyon kubmetr qaz satacaq

Azərbaycan Albaniyaya 200 milyon kubmetr qaz satacaq
10.06.2024 16:16
Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin ildə 1,2 milyard kubmetrə kimi artırılması və qazlaşdırma layihələrinin həyata keçirilməsi Albaniyanı Avropada Azərbaycan qazı ilə təmin olunan yeddinci ölkəə çevirəcək.  Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat verib. 

Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Albaniyanın baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ilə görüşündə bildirib ki, 2026-cı ildən etibarən Azərbaycan qazının Albaniyaya illik ixracı 200 milyon kubmetr olacaq.  Bu qaz genişləndirilmiş TAP boru kəməri vasitəsilə  ixrac olunacaq. 

Albaniya bu qazı TAP yaxınlığında tikilən (stansiya Yunanıstan şirkəti tərəfindən tikilir) yeni istilik stansiyası üçün almaq niyyətindədir. 

Genişləndirilmiş TAP  boru kəməri vasitəsilə qalan bir milyard kubmetr qaz Albaniyadan keçməklə Aİ-yə tranzit olunacaq və bu tədarükü Azərbaycan Qaz Təchizatı Şirkəti (Şahdəniz yatağından hasil olunan qaz) həyata keçirəcək. 

Energetika Nazirliyinin məlumatına görə,  TAP-ın Albaniya ərazisindən tikintisi zamanı bu ölkəyə 1,5 milyard avroya başa gəlib. 25 il ərzində  tranzit vergiləri 285 milyon avro,  sosial öhdəliklər - 14 milyon avro təşkil edəcək.
 
Energetika Nazirliyinin press-relizində qeyd edildiyi kimi, hər iki nazir Bakıda SOCAR-ın Albaniyanın Korça şəhərinin qazlaşdırılmasında göstərdiyi yardımı, habelə Dumrea şəhərində Albaniyanın qaz anbarından istifadə perspektivlərini müzakirə edib. .

"Azərbaycan-Albaniya əlaqələri fəal siyasi dialoqa və dinamik inkişaf edən əməkdaşlığa əsaslanan yeni səviyyəyə yüksəlib, ikitərəfli və Avropa kontekstində bu əməkdaşlıq enerji baxımından strateji əhəmiyyətli sahə kimi qiymətləndirili", - məlumatda deyilir.

Şahbazov onu da bildirib ki, bu il Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29 sessiyası Azərbaycan və Albaniyanın həmrəyliyinin təsdiqi, beynəlxalq arenada bir-birini dəstəkləməsi üçün daha bir platformaya çevriləcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol