• $
  • £

2040-cı ilə qədər hava nəqliyyatına tələbat 2 dəfə artacaq- Nazir

2040-cı ilə qədər hava nəqliyyatına tələbat 2 dəfə artacaq- Nazir
12.06.2024 10:04
2040-cı ilə qədər hava nəqliyyatına tələbat ildə orta hesabla 3,4 % artacaq.  Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

 "Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Global Air Transport Outlook" hesabatına əsasən, sənayenin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə bir məsuliyyət yaradır. Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90 %-nə nəzarət edən CANSO üzvləri davamlı, təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə, birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər", - nazir iyunun 12- də Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında bildirib.
 
2024-cü ilin yanvar-mayında Azərbaycandan hava nəqliyyatı ilə 1 milyon 192 min 751 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin hesabatında bildirilib. bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.

Hesabat dövründə ən çox sərnişin 334 min 113 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 27,8 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (298 min 293 nəfər sərnişin, +26,5 %) və Birləşmiş Ərəb Əmirlikləri (163 min 769 sərnişin, +47,3 %) izləyib.

Təkcə mayda isə Azərbaycandan 283 min 917 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 35,8 % çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 28,1 % artaraq 79 min 562 nəfər olub.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol