• $
  • £

Azərbaycanda “Elektron məhkəmə” sistemi yaradılır - Sərəncam

Azərbaycanda “Elektron məhkəmə” sistemi yaradılır - Sərəncam
13.02.2014 21:06
Azərbaycan Prezidenti İlham Əliyev "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranıb.Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcək.Sərəncamda qeyd olunur ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılsın."Elektron məhkəmə" informasiya sistemi aşağıdakıları təmin etməlidir:- ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;- cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;- məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;- məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;- məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;- məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;- işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;- qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;- sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını;- "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;- məhkəmə statistikasının elektron qaydada aparılmasını;- məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu sərəncamda nəzərdə tutulan "Elektron məhkəmə" informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etsinlər, "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarını müəyyən etsinlər.Nazirlər Kabinetinə bu sərəncamda göstərilənlərə uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb
Siyasət 19:46
Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
Siyasət 19:04
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşüb
Siyasət 19:00
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşüb
Prezident onları təltif edib - sərəncam
Siyasət 17:24
Prezident onları təltif edib - sərəncam
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb
Siyasət 15:17
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Siyasət 15:04
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Azərbaycan və Türkmənistan XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib
Siyasət 21:59
Azərbaycan və Türkmənistan XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb
Siyasət 20:35
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb
Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırılıb
Siyasət 19:08
Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol