• $
  • €
  • ₽
  • ₺
  • £

Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri

Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri
29.10.2026 12:29

Maraqların toqquşması haqqında” qanun şəxsi maraqların vaxtında bəyan edilməsi və belə halların idarə olunması üçün aydın mexanizmlər müəyyən etməlidir. Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri deputat Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə qanunda maraqların toqquşmasının hansı hallarda yarandığı, kimlərə şamil edildiyi və hansı qaydada açıqlanmalı olduğu dəqiq göstərilməlidir.

“Bu qanunun müzakirəsi zamanı əsas diqqətimiz yalnız hüquqi normaların müəyyən edilməsinə deyil, həm də onların praktikada nə dərəcədə səmərəli işləyəcəyinə yönəlməlidir”, - Nağıyev qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, maraqların toqquşması özlüyündə hər zaman cinayət hesab olunmur, lakin düzgün idarə edilmədikdə korrupsiya üçün əlverişli şərait yarada bilər. Vəzifəli şəxsin şəxsi maraqları dövlət satınalmaları, işə qəbul, təyinat və maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərarlara təsir göstərə bilər.

Nağıyev qanunda şəxsi maraqların hansı quruma, hansı müddətdə və hansı qaydada bəyan edilməli olduğunun dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, maraqların toqquşması aşkarlandıqda şəxsin qərarvermə prosesində iştirakının məhdudlaşdırılması və ya məsələnin başqa səlahiyyətli şəxsə həvalə edilməsi kimi tədbirlər nəzərdə tutula bilər.

Deputat məsuliyyət mexanizmlərinin aydın və proporsional olmasının, qəsdən məlumat gizlədilməsi ilə maraqların vaxtında açıqlanması hallarının fərqləndirilməsinin vacibliyini də qeyd edib.

O, qanun qəbul edildikdən sonra dövlət qurumlarında müvafiq təlimlərin keçirilməsinə və praktiki tövsiyələrin hazırlanmasına çağırıb.

Nağıyevin bildirdiyinə görə, qanun layihəsi 2022–2026-cı illər üçün Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planının icrası məqsədilə hazırlanıb.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq
Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Siyasət 17:39
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
İlham Əliyev Latviya və Oman rəhbərlərini təbrik edib
Siyasət 15:26
İlham Əliyev Latviya və Oman rəhbərlərini təbrik edib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 14:48
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Zahid Oruc istehsal üçün avadanlıq və xammal idxalında vergi ödənişlərinin təxirə salınmasını təklif edib
Siyasət 13:32
Zahid Oruc istehsal üçün avadanlıq və xammal idxalında vergi ödənişlərinin təxirə salınmasını təklif edib
Müxalifət nümayəndəsi olmaq hüquqi məsuliyyətdən azad etmir  - Bayramov
Siyasət 12:03
Müxalifət nümayəndəsi olmaq hüquqi məsuliyyətdən azad etmir - Bayramov
Milli Məclisin saxlanılmasına 72,3 milyon manat ayrılacaq
Siyasət 11:53
Milli Məclisin saxlanılmasına 72,3 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox