• $
  • £

"Azərbaycan Dəmir Yolları" 5 ayda daşınan sərnişinlərin sayını açıqlayıb

12.06.2024 11:01
2024-cü ilin yanvar-mayında şəhərətrafı və ölkədaxili qatarlarla 3,3 milyon sərnişin daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

"ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.", - məlumatda qeyd olunub.

ADY 2023-cü ildə ilk dəfə ərzində 7 milyon sərnişin daşıyıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfə çoxdur.
 
2024-cü ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları” 119.9 min ABŞ dolları dəyərində xidmət ixrac edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfədən  azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nda bildirilib.

2023-cü ilin yanvar-martında "Azərbaycan Dəmir Yolları” 984.8 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
 
2024-cü ilin birinci rübündə Azərbaycanda yük və sərnişin daşımalaları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7% və 6,9% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 
 
Hesabat dövründə nqəliyyat vasitələri ilə 54,6 milyon ton yük daşınıb. Yüklərin 3,5% dəniz, 8,2% dəmir yolu, 0,2% hhava, 55,7% nqəliyyatın, 32,4% boru kəmərləri ilə danışıb. 
 
ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol