• $
  • £

Azərbaycanda 2024-cü ildə Ümumi daxili məhsulun artım tempi 2,3% olacaq

Azərbaycanda 2024-cü ildə Ümumi daxili məhsulun artım tempi  2,3% olacaq
12.06.2024 17:21
Dünya Bankı (DB) Azərbaycanda Ümumi daxili məhsulun (ÜDM) 2024-cü ildə 2,3%, 2025-ci ildə isə 2,4% artacağını proqnozlaşdırır. Bu barədə Dünya Bankının iyun sayında  dərc olunan "Dünya İqtisadi Perspektivlər" hesabatında deyilir. 
 
Yanvarda proqnozu ilə müqayisədə 2024 və 2025-ci illərdə Azərbaycanda ÜDM-in real artım tempi 0,1 faiz bənd azalacaq.

2026-cı ildə Dünya Bankı ölkədə iqtisadi artımın 2,4% olacağını gözləyir.

"Cənubi Qafqaz regionunda iqtisadi artımın 2024-cü ildən 2026-cı ilə qədər ildə təxminən 3,5% səviyyəsində sabitləşməsi gözlənilir. Bu proqnoz Azərbaycan, Ermənistan və Gürcüstanın iqtisadi dirçəlişinin cari vəziyyətinin və inkişaf perspektivlərinin təhlilinə əsaslanır. 2023-cü ildə nəzərəçarpacaq dərəcədə zəif olan karbohidrogen ixracında müəyyən canlanma müşahidə ediləcək. Bu bərpa Ermənistan və Gürcüstanda iqtisadi artımın son illərdə olduqca yüksək səviyyədən aşağı düşməsi ilə kompensasiya ediləcək”, - hesabatda deyilir.

Cənubi Qafqaz iqtisadiyyatına təsir edən mühüm amil Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranan ticarət axınının dəyişməsi olaraq qalır.
 
Dünya Bankı logistika, investisiya və ticarət əlaqələri baxımından region ölkələri üçün həm imkanlar, həm də problemlər yaradaraq bu prosesin davam edəcəyini gözləyir.

Neftin dünya bazar qiymətinin bərpası və "Azəri-Çıraq-Günəşli” kimi iri yataqlarda hasilatın artması yaxın illərdə ölkənin iqtisadi artımının təkanverici amilləri ola bilər.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol