• $
  • £

Meyiti tapılan hərbçi ilə bağlı cinayət işinin istintaqı davam etdirilir

Meyiti tapılan hərbçi ilə bağlı cinayət işinin istintaqı davam etdirilir
14.06.2024 13:52
Naxçıvanda itkin düşərək meyiti aşkarlanan hərbçinin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir.

Bu barədə Baş Prokurorluq məlumay yayıb.

Bildirilib ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
 
"Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır", -  məlumatda qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan həbsxanalarında ölüm statistikası
Cəmiyyət 16:23
Azərbaycan həbsxanalarında ölüm statistikası
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq- Fotolar
Cəmiyyət 16:14
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq- Fotolar
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
Cəmiyyət 16:01
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
Əfəndiyevin Cənubi Qafqazda sülhə dair məqaləsi EU Reporter-də dərc olunub
Cəmiyyət 14:55
Əfəndiyevin Cənubi Qafqazda sülhə dair məqaləsi EU Reporter-də dərc olunub
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
Cəmiyyət 14:45
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
10 heyvan kəsimi məntəqəsində vəziyyət tam qeyri-qənaətbəxş qiymətləndirilib
Cəmiyyət 13:15
10 heyvan kəsimi məntəqəsində vəziyyət tam qeyri-qənaətbəxş qiymətləndirilib
DİN vətəndaşlara xəbərdarlıq edib
Cəmiyyət 12:46
DİN vətəndaşlara xəbərdarlıq edib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
Cəmiyyət 12:32
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol