• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib
14.10.2026 09:47

Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova 74 yaşında Bakıda vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıblar. Veteran hərbçinin xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Növrəstə Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti kimi çalışıb və Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

O, atıcılıq idmanı üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yeri tutub.

Yusifova 17 mart 1992-ci ildə ilk qadın snayper kimi orduda qeydiyyata alınıb. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.

Hərbçilər arasında “Xalaqızı” ləqəbi ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri idi.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol