• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Milli Qurtuluş Günüdür

Bu gün Milli Qurtuluş Günüdür
15.06.2024 08:13
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
 
15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikada dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.

1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Cəmiyyət 10:35
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

“Roşka” ləqəbli tiktokerə hökm oxunub
Cəmiyyət 10:29
“Roşka” ləqəbli tiktokerə hökm oxunub
DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:07
DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq edib
"28 May" metrosunun yaxınlığında 200-dən çox şəxsin saxlanıldığı bildirilir
Cəmiyyət 22:32
"28 May" metrosunun yaxınlığında 200-dən çox şəxsin saxlanıldığı bildirilir
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 21:33
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Cəmiyyət 21:11
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Cəmiyyət 21:09
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Cəmiyyət 20:58
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol