• $
  • £

Ailə başçısını itirməyə görə pensiya və müavinət ödənilənlərin sayı açıqlanıb

Ailə başçısını itirməyə görə  pensiya və müavinət ödənilənlərin sayı açıqlanıb
21.06.2024 13:11
2024-cü ilin mayında ailə başçısını itirməyə görə, 193 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.  
 
Bildirilib ki, onlardan 134 min nəfərdən çox şəxs pensiya, 58 min nəfərdən çox şəxs isə müavinət alıb.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı bildirib ki, xüsisi şərtlə pensiya alanların göstəricisi təxminən 10%-dir. Onların pensiyası osial sığorta kapitalı ilə deyil, aldıqları əməkhaqqının faizi ilə ölçülür.

2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. Minimum pensiya alanların 7 min 109-u qadındır.
 
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla  2023-cü il yanvarın 1-dən etibarən minimum əməkhaqqı 15 % artırılaraq 300 manatdan 345 manata, minimum pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol