• $
  • £

4 ildə ekoloji hüquqpozmalar ilə bağlı dövlət büdcəsinə dörd milyondan çox vəsait ödənilib

4 ildə ekoloji hüquqpozmalar ilə bağlı dövlət büdcəsinə dörd milyondan çox vəsait ödənilib
24.06.2024 11:15
2020-ci ildən bu günə qədər ekoloji hüquq pozmalar ilə bağlı dövlət büdcəsinə 4 milyon 193 min 168 manat ödənilib. Bunu Baş Prokuror Kamran Əliyev deyib.
 
O bildirib ki, 2020-ci ildə təsis edilən Cinayət təqibindən kənar icraatlar idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan rayon prokurorlarının köməkçiləri tərəfindən indiyə qədər 701 cinayət xarakterli məlumat araşdırılıb.
 
"Ümumilikdə, inzibati xəta haqqında işlər üzrə başlanılmış icraatlardan 418-i fiziki, 530-u vəzifəli, 84-ü hüquqi şəxslər barəsində olub. Bunların əhəmiyyətli hissəsi ekoloji pozuntularla bağlı olub. İdarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə 229 təqdimat və qanun pozuntularından çəkindirmək məqsədilə 197 rəsmi xəbərdarlıq edilib”, - Əliyev Xankəndində keçirilən "Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfransda qeyd edib.
 
2024-cü ilin yanvar-aprelində dövlət büdcəsinə 13 milyard 259 milyon 4 min manat vəsait daxil olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
 
Hesabat dövründə büdcədən 10 milyard 749 milyon 500 min manat xərclənib.
 
Büdcə vəsaitlərinin 19,5 %-i iqtisadi fəaliyyətin, 18,5 %-imüdafiə və milli təhlükəsizlik tədbirlərinin, 17,2 %-i ümumi dövlət xidmətlərinin, 16,6 %-i təhsil və səhiyyənin, 12,3 %-i sosial müdafiə və sosial təminatın, 15,9 %-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib. 
 
Bununla da büdcənin icrasında 2 milyard 509 milyon 900 min profisit yaranıb.
 
 
Aygün

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol