• $
  • £

SOCAR Star zavodu Türkiyədə üçüncü olub

SOCAR Star zavodu Türkiyədə üçüncü olub
25.06.2024 17:52
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən STAR neft emalı zavodu İstanbul Sənaye Palatasının (İSO) açıqladığı reytinq cədvəlində Türkiyənin TOP 3 ən böyük müəssisəsindən biri adını qazanıb. Bu barədə "Anadolu”  xəbər verib. 

İSO-nun hazırladığı "2023-cü ildə Türkiyənin 500 ən böyük sənaye müəssisəsi” araşdırmasına görə, 2023-cü ilin sonunda Türkiyənin ən böyük sənaye müəssisəsi  adına Turkiye Petrol Rafinerileri AS (TUPRAS) neft emalı zavodu layiq görülüb.  Bu müəssisə keçən il  484,2 milyard lirə (14,7 milyard dollar) dəyərində məhsul istehsal edib", - xəbərdə deyilir. 

2022-ci ildə üçüncü olan Ford Automotive şirkəti isə keçən 238 milyard lirə (7,220 milyard dollar) dəyərində məhsul satışı ilə  ikinci yerə yüksəlib. 

2022-ci ildə ikinci olan Star Rafineri isə  keçən il 226,8 milyard lirə (6,88 milyard dollar) məhsul satışı ilə üçüncü olub. 

TOP 10-a həmçinin İstanbul Neft Emalı Zavodu, Toyota Automotive, Oyak-Renault, Arçelik, Mercedes-Benz Türk A.Ş., Gram Kıymetli Madenler A.S., Ereğli Dəmir və Çelik Fabrikaları TAŞ daxildir.

STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və Azeri Light, Kerkük və Urals kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon tondur.

Neft emalı zavodu "Petkim” neft-kimya kompleksini xammalla təmin edir və SOCAR-ın özünün dizel yanacağı və təyyarə yanacağı, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına şərait yaradır.

SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard dollara yaxın sərmayə qoyub.
 
N.Təbrizli
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol