• $
  • £

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlandı

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya  festivalı başlandı
27.06.2024 14:15
ABB-nin baş sponsorluğu, "SABAH.HUB” İnnovasiya Mərkəzinin dəstəyi ilə Baku Crystal Hall-da "Baku ID” innovasiya festivalı başlanıb. Bu, Azərbaycanın və ümumən regionun əsas startap innovasiya tədbiridir. "Baku ID”nin baş sponsorları arasında ABB-dən başqa, Elm və Təhsil Nazirliyi, SOCAR, 4SİM, PAŞA Holding, Mappable və IDDA da var.

27-28 iyun tarixlərində keçirilən festival ölkəmizdə sayca üçüncü belə tədbirdir. Builki "Baku ID” tədbirinə 200-dən artıq yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb. Tədbir çərçivəsində "Startup Wise Guys”, "White Hill Capital”, "Caucasus Ventures”, "MOST Ventures”, "Startupbootcamp”, "Aloqa Ventures" və "SABAH.fund” vençur fondlarının dəstəyi ilə startap fondu yaradılıb.

ABB-nin dəstəyi ilə startaplar tədbir zamanı "Startup Battle" konsepsiyası çərçivəsində yarışıb, 15.000 AZN qrant mükafatının da sahibi ola bilərlər. Tədbir boyunca startaplar investorlarla əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial şəkildə investesiya əldə etmək üçün geniş imkanlar əldə edəcəklər.
"Baku ID” innovasiya festivalı fəaliyyət dövrü ərzində onlarla startapın inkişafına dəstək verib. Ümumilikdə isə startapların 1.7 milyon AZN-dən çox investisiya almasına nail olub.

Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına dəstək verən ABB belə faydalı layihələrin dəstəklənməsinə sosial məsuliyyət proqramlarında xüsusi yer ayırır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol