• $
  • £

ABB-dən Bolt sürücülərinə özəl Visa kartı!

ABB-dən Bolt sürücülərinə özəl Visa kartı!
28.06.2024 14:31
ABB Visa və Bolt şirkəti ilə tərəfdaşlıq əsasında yeni kobrend kartını təqdim edib. Bu kart Bolt-la əməkdaşlıq edən taksi sürücüləri üçün nəzərdə tutulub. Onlar kartı "Business İnternet Bank” sistemindən əldə edib onun imkanlarından faydalana bilərlər.

Həm debet, həm kredit funksiyasını özündə birləşdirən bu kart sürücülərin də, sərnişinlərin də işini xeyli asanlaşdırır. Sərnişinlərin nağdsız şəkildə ödədikləri gedişhaqqı birbaşa sürücünün kobrend kartına köçürülür. Taksi sürücülərinə bu kartdan kredit kartı kimi də istifadə etmək imkanı yaradılıb. Kart üzrə kredit limitini artırmaq, əlavə edilmiş vəsaitlərlə ödənişlər aparmaq olar.

Kartın başqa üstünlükləri də var. Sürücülər bu kartla ABB-nin "Fayda” loyallıq sisteminə və "Fayda Max” proqramlarına qoşulurlar. ABB onların fərdi ehtiyaclarına, müştəri təcrübələrinə uyğun maraqlı imkanlar yaradıb. Belə ki, taksi sürücüləri ən çox istifadə etdikləri məkanlarda – yanacaqdoldurma məntəqələrində, avtomobillər üçün ehtiyat hissələri satılan mağazalarda, bəzi kafe və restoranlarda bu kartla yüksək keşbek qazanacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol