• $
  • £

ABB AKA Bankla müqavilə imzaladı

ABB AKA Bankla müqavilə imzaladı
02.07.2024 14:36
ABB ilə 17 Avropa bankının qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bank (Avropa İxrac-Ticarət Bankı) arasında Çərçivə Müqaviləsinin imzalanması tədbiri keçirilib. Müqaviləni ABB və AKA Bankın İdarə Heyətinin sədrləri Abbas İbrahimov və Marck Wengrzik imzalayıb. Müqavilə Avropa ölkələrindən Azərbaycana idxal olunan malların maliyyələşdirilməsi üzrə uzunmüddətli tərəfdaşlığı əhatə edir.
 
Belə ki, AKA Bank Avropadan Azərbaycana idxal edilən malların ABB-nin zəmanəti ilə uzunmüddətli maliyyələşdirilməsini həyata keçirəcək. Bu, idxal-ixrac prosesləri ilə məşğul olan iş adamları üçün böyük fürsətdir. Bizneslər yaranmış yeni imkandan faydalanmaq üçün ABB-nin bütün filiallarına müraciət edə bilərlər.
 
Artıq müqavilə əsasında Bankın ilk müştərisinə 4,3 milyon Avro məbləğində uzunmüddətli xəttin açılmasına qərar verilib və prosesə başlanıb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini uzunmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik”.

Məlumat üçün bildirək ki, AKA Bank 1952-ci ildən fəaliyyət göstərir.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol