• $
  • £

ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!

ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi  fəaliyyətə başlayıb!
03.07.2024 12:15
Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində müştərilərə ən yüksək səviyyədə xidmət üçün ABB bu məkandakı şöbəsini filiala çevirib. Yeni filialda fərdi müştərilərin, eləcə də bizneslərin maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb.

Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi Hava Limanı filialında də müxtəlif növ kassa-hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi xidmətlərdən faydalana bilərlər.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində ABB müştərilərə xidmət göstərən yeganə bankdır. Bankın İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Hava Limanı filialının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır: "Heydər Əliyev Beynəlxalq Aeroportunda təmsil olunmaq Bankımız üçün çox mühümdür. Strateji partnyorlarımızdan olan AZAL və bu məkandakı digər tərəfdaşlarımızla çalışacağıq ki, birgə əməkdaşlığımızı yeni inkişaf mərhələsinə çıxaraq”. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol