• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Siyavuş Novruzov reper Anar Nağılbazdan danışdı

Siyavuş Novruzov reper Anar Nağılbazdan danışdı
12.02.2014 15:19
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sabiq deputat Rizvan Cəbiyevin oğlu Anar Nağılbazın müxalifətə keçməsinə münasibət bildirib.Gün.Az xəbər verir ki, S.Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində A.Nağılbazın bu addımını ölkədə vətəndaşların sərbəst seçim hüququnun təmin olunması ilə əlaqələndirib:“Hər bir vətəndaşın özünün seçimi var. Biz azad ölkədə, demokratik cəmiyyətdə yaşayırıq. Hərə öz seçimini edir. Bu insan da mövqeyini seçib, özü bilər. Ancaq onun orda olması heç nəyi dəyişmir. Atası YAP-ın çoxdankı üzvüdür, bir neçə çağırış Milli Məclisin deputatı olub, indi də təqaüddədir”.YAP-çı deputat oğlunun müxalifətə keçməsi ilə bağlı R.Cəbiyevə hər hansı irad bildirilmədiyini qeyd edib:“Yenə deyirəm, seçim insanın özünə məxsusdur. İnsan bu yolu seçibsə, özü bilər. İndi elə bir dövrdür ki, qardaş qardaşa, oğul ataya, ata oğula cavabdehlik daşımağa çətinlik çəkir. Ona görə də hərənin öz seçimi var. Adam tanıyıram, uşaqların hərəsini bir partiyaya göndərir ki, harada imkan düşsə... Belə hallar vaxtilə də olub. Bu adamın isə orda olması heç nəyi dəyişmir. Yəni ümumiyyətlə, Azərbaycan cəmiyyətində heç bir göstərici deyil”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol