• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

ATƏT növbədənkənar parlament seçkilərinə öz missiyasını göndərəcək

ATƏT növbədənkənar parlament seçkilərinə öz missiyasını göndərəcək
09.07.2024 14:21
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (PA) Azərbaycanda sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçilər missiyasının formalaşdırılması üçün hazırlıq işlərinə başlayıb.


"Report” xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidməti məlumat yayıb.


ATƏT PA seçkilərə dəvət aldığını təsdiqləyib, lakin qeyd edib ki, missiyanın tərkibi barədə danışmaq hələ tezdir:


"Biz qarşıdan gələn seçkiləri müşahidə etmək üçün dəvət almışıq və missiya göndərməyi planlaşdırırıq. Təşkilati işlərə yenicə başlanılıb və missiya rəhbərləri hələ təyin olunmayıb. Müşahidəçilərin sayı son qeydiyyat tarixindən sonra, adətən seçki gününə bir neçə həftə qalmış müəyyən ediləcək”, - məlumatda bildirilib.


Bundan əlavə, bildirilib ki, seçki günü ATƏT PA missiya rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirəcək.


Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol