• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Azərbaycan Sloveniyaya qaz tədarük edə bilər - Prezident

Azərbaycan Sloveniyaya qaz tədarük edə bilər - Prezident
19.07.2024 15:03
Bir neçə aya Azərbaycan Sloveniyaya qaz tədarük edə bilər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.  
 
"Hazırda səkkiz ölkə Azərbaycan qazını alır: bunlar Aİ-yə üzv olan beş ölkə, o cümlədən Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya, iki namizəd ölkə - Gürcüstan və Serbiya, həmçinin ümid edirəm ki, daxildə bir neçə aydan sonra biz Sloveniya bazarına çıxa biləcəyik”, - Əliyev söyləyib. 

Azərbaycan prezidenti bildirib ki, 2024-cü ildə Azərbaycan qazının Avropaya nəqlinin həcmi təxminən 13 milyard kubmetr təşkil edəcək.

İyulun 17-də Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Sloveniyanın Geoplin şirkətinin direktoru Saymon Urbankl arasında təbii qazın tədarükü sahəsində əməkdaşlıq memorandumu imzalanıb. 
 
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, respublika 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır.


Prezident Azərbaycanın (SOCAR), Macarıstanın (FGSZ), Slovakiyanın (Eustream) və Bolqarıstanın (Bulqartransqaz) qaz nəqli sistemlərinin operatorları arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun rəsmi imzalanması mərasimində iştirak edib.
 
O, təhlükəsizliyin yaxşılaşdırılması və Aİ ölkələrinə təbii qaz tədarükünün həcminin artırılması üçün "Həmrəylik halqası” birgə təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol