• $ 1.7
  • € 1.9735
  • ₽ 0.021877
  • ₺ 0.04
  • £ 2.2468

Rəsmi Bakıdan Aİ Şurasının qərarına etiraz

Rəsmi Bakıdan Aİ Şurasının qərarına etiraz
22.07.2024 18:57
Fransa tərəfindən Ermənistanın "Bastion” çoxməqsədli zirehli avtomobilləri və "Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında səsləndirib. 

Mətbuat katibi qeyd edib:
 
"Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycanın ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.
Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik.
Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hansı hallarda separatçı ölkələrin qatıldığı tədbirlərdə iştirak edə bilər?
Siyasət 17:45
Azərbaycan hansı hallarda separatçı ölkələrin qatıldığı tədbirlərdə iştirak edə bilər?
Abbas Əraqçi Azərbaycana səfər edəcək
Siyasət 16:34
Abbas Əraqçi Azərbaycana səfər edəcək
Prezident AzərGold-la bağlı sərəncam verib
Siyasət 15:42
Prezident AzərGold-la bağlı sərəncam verib
NazirBritaniyanın dövlət naziri Stefan Dauti ilə görüşüb
Siyasət 14:31
NazirBritaniyanın dövlət naziri Stefan Dauti ilə görüşüb
Putinin mətbuat konfransı dekabrın 19-da keçiriləcək
Siyasət 10:40
Putinin mətbuat konfransı dekabrın 19-da keçiriləcək
Sabah Armen Qriqoryan və Hikmət Hacıyev eyni paneldə çıxış edəcək
Siyasət 10:34
Sabah Armen Qriqoryan və Hikmət Hacıyev eyni paneldə çıxış edəcək
Bayramov Hakan Fidanla görüşüb
Siyasət 09:12
Bayramov Hakan Fidanla görüşüb
Baş prokuror ABŞ-də rəsmi səfərdə olub
Siyasət 20:50
Baş prokuror ABŞ-də rəsmi səfərdə olub
Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başlayıb
Siyasət 20:34
Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol