• $
  • £

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı musiqi platformalarından silinib

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı musiqi platformalarından silinib
24.07.2024 17:20
Erməni ifaçısı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus "Qarabağ” mahnısının musiqisi əsasında çəkdiyi klip musiqi platformalarından silinib. Bu barədə  Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.


Bildirilib ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş "Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə "Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi "Sirun jan” adlı mahnı "Youtube” tərəfindən "Youtube” platformasından və "CD BABY” distribütor şirkəti tərəfindən isə "Youtube Music”, "Spotify”, "Apple Music”, "Amazon Music”, "Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib.


"Bundan başqa, Harout Pamboukjianın ifa etdiyi "Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan "Qarabağ” ("Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı "Youtube” tərəfindən eyniadlı platformasından silinib. Bununla da "Qarabağ” ("Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması "Youtube” rəhbərliyi və "Youtube Music”, "Spotify”, "Apple Music”, "Amazon Music”, "Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ” ("Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında "Sirun jan” adı altında "Armenian Folk”, yəni "erməni xalq mahnısı” qeydi ilə "Youtube” platformasında yerləşdirilmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:06
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Xəzərdə zəlzələ olub
Cəmiyyət 08:47
Xəzərdə zəlzələ olub
Bakıda ev çöküb - xəsarət alan var
Cəmiyyət 08:24
Bakıda ev çöküb - xəsarət alan var
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Cəmiyyət 23:34
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 23:18
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:51
Bu ərazilərdə işıq olmayacaq
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Cəmiyyət 21:52
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
Cəmiyyət 20:24
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Cəmiyyət 18:46
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol