• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Seçki kampaniyası zamanı Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini kim icra edəcək?

Seçki kampaniyası zamanı Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini kim icra edəcək?
25.07.2024 15:30
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib. 
 
Polad Bülbüloğlu namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən verərərk artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.  Bu məlumatı 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. 
 
Seçki məsələləri üzrə ekspert Bəşir Süleymanlının sözlərinə görə,  din xadimləri və güc strukturlarında təmsil olunanlardan başqa bütün dövlət məmurları deputatlığa namizədliklərini  verərkən fəaliyyətlərini dondurmalıdırlar. 
 
"Azərbaycan Respublikasl Seçki Məcəlləsinə görə, din xadimləri və güc strukturlarında təmsil olunanlardan başqa bütün dövlət məmurları deputatlığa namizədliklərini  verərkən fəaliyyətlərini dondurmalıdırlar. Seçildikləri halda onlar tutduqları vəzifədən istefa verir. Seçilməsələr isə yenidən öz fəaliyyətlərini davam etdirirlər. Əgər  namizədliyini verən şəxs məmur postunda öz fəaliyyətini dondurmursa bu artıq qanun pozuntusu hesab edilir", - Süleymanlı bildirib. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi  məsələyə münasibət bildirməyib. 
 
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli isə bildirib ki, Seçki Məcəlləsinin 69-cu maddəsinə  əsasən seçkilərdə iştirak etmək istəyən vəzifəli şəxslər fəaliyyətlərini yalnız in namizədlikləri rəsmi qeydiyyata alındıqdan sonra  dayandırmallıdılar. 
 
"Dövlət işində təmsil olunan şəxs yalnız namizədliyi qeydə alındıqdan sonra üç gün ərzində müvafiq dairə seçki komissiyasına fəaliyyətini dayandırması və ya  ödənişsiz məzuniyyətə çıxması barədə sənəd təqdim etməlidir. Polad Bülbüloğluna  imza yığmaq üçün vərəqələr verilib. Onun namizədliyinin qeydiyyatına imza vərəqələrini seçki komissiyasına təqdim edəndən sonra baxılacaq",  -  Əsədli əlavə edib. 
 
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.
 
Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilib.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol