• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Türkiyə Qarabağa girdiyi kimi İsrailə də girə bilər - Ərdoğan/Video

Türkiyə Qarabağa girdiyi kimi İsrailə də  girə bilər  -  Ərdoğan/Video
29.07.2024 14:22
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki,  Türkiyə "Qarabağ və Liviyada olduğu kimi İsrailə də girə bilər”.

 "İsrail fələstinlilərə qarşı belə davranmasın. Biz Qarabağa və Liviyaya girdiyimiz kimi onlara qarşı da eyni hərəkət edə bilərik. Mümkün olmayan şey yoxdur. Sadəcə, güclü olmalıyıq...”,  - Ərdoğan bildirib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü bildirib ki, türk qoşunları lazım gələrsə, İsrail ərazisinə daxil ola bilər.

"Biz çox güclü olmalıyıq ki,, necə ki, Qarabağ və Liviya məsələsində biz də İsraillə eyni şeyi edə bilərik”. .

Türkiyə Milli Razılıq Hökuməti qüvvələrinə kömək etmək üçün 2020-ci ildə Liviyaya qoşun göndərib. 

Türkiyə İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəkləmir.

Mayda Ərdoğan İsrailə ticarətə məhdudiyyətləri qoyduğunu açıqlayıb. O, qərarını İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzada hərbi əməliyyatlar zamanı "qəddarlığı” ilə bağlı olduğunu bildirib.

Türkiyə İsrail üçün ixrac məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb, xüsusən də sement, polad, alüminium, dəmir tikinti materialları və avadanlıqlar da daxil olmaqla 54 mal kateqoriyasının İsrailə ixracına  məhdudiyyət qoyulub. 

Bəzi Qərb mediası Türkiyədəki mənbələrə istinadən yazıb ki, Ankara İsraillə ticarət əlaqələrini tamamilə dayandırıb.

7 oktyabr 2023-cü ildə HƏMAS radikal qruplaşması İsrailə hücum edib. Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.

Qəzzada qarşıdurma fonunda Livanda yerləşən Hizbullah döyüşçüləri və İsrail hərbçiləri sərhəddə bir-birinin mövqelərini atəşə tutur.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol