İran Təl-Əviv və Hayfa bölgəsinə hücuma hazırlaşır

"The New York Times” mənbələrə istinadən yazır ki, İran Təl-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə PUA və raketlərin birgə hücum etməyi planlaşdırır.
NYT həmsöhbətlərinin sözlərinə görə, İranın ali lideri Əli Xamneyi İİKK və ordu rəhbərliyini İsrail və ABŞ-ın İrana mümkün zərbələrinə, həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi nəticəsində ölkəyə yarana biləcək təhlükəyə hazır olmağı tapşırıb.
Qəzet həmçinin yazır ki, İran lideri Əli Xamneyi İsmayıl Haniyənin ləğvinə cavab olaraq birbaşa İsrailə hücum əmri verib.
www.anews.az
Nəşrin qeyd etdiyinə görə, iranlılar mülki hədəflərə hücumlardan qaçmağa çalışacaqlar.
"Tehran Yəmən, Suriya və İraqdakı müttəfiq qüvvələrini bu işə cəlb edə bilər", - qəzet yazır.
NYT həmsöhbətlərinin sözlərinə görə, İranın ali lideri Əli Xamneyi İİKK və ordu rəhbərliyini İsrail və ABŞ-ın İrana mümkün zərbələrinə, həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi nəticəsində ölkəyə yarana biləcək təhlükəyə hazır olmağı tapşırıb.
Qəzet həmçinin yazır ki, İran lideri Əli Xamneyi İsmayıl Haniyənin ləğvinə cavab olaraq birbaşa İsrailə hücum əmri verib.
"(Haniyyənin) qətlinə cavab xüsusi əməliyyatlar olacaq – daha ağır və günahkarda dərin təəssüf hissi yaratmaq məqsədi daşıyacaq”, - İranın BMT-dəki missiyasının bəyanatında deyilir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər