• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib

Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
22.01.2025 20:51
Ötən gün Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında ölənlərin sayı artıb.Bu barədə "TRT Haber” xəbər verib.
 
Bolu Respublika Prokurorluğu yanğında həyatını itirənlərin sayının DNT testləri nəticəsində 79-a yüksəldiyini açıqlayıb.

 ***

Türkiyənin Bolu vilayətindəki yanğında ölənlərin sayı artıb.Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

"Hadisə nəticəsində 76 nəfər ölüb.Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”,-Yerlikaya bildirib.
 
 16:21

Türkiyənin Bolu vilayətində Kartalkaya xizək kurortunda bir oteldə baş verən yanğında ölənlərin sayı 66-ya çatıb. Bu barədə Türkiyənin dövlət kanalı məlumat yayıb. 
 
Hadisə nəticəsində 51 nəfərin yaralandığı qeyd olunub. 

 
 
10:15
 
Türkiyənin Bolu vilayətində Kartalkaya xizək kurortunda bir oteldə baş verən yanğında 10 nəfər ölüb , 32 nəfər yaralanıb. Bu barədə TRT Haber telekanalı məlumat yayıb.

Ölənlər Türkiyə vətəndaşı olub , ikisi suya atılaraq ölüb. Əyalət qubernatoru Əbdüləziz Aydının sözlərinə görə, 26 qurbanın vəziyyəti orta ağır qiymətləndirilir, ikisinin vəziyyəti ağırdır.

Hazırda oteldə baş verən yanğın nəzarət altına alınıb. Aydın əlavə edib ki, hadisənin səbəbləri Bolu prokurorluğu tərəfindən müəyyən edilir.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, yanğının söndürülməsinə müxtəlif dövlət qurum və təşkilatlarının 267 əməkdaşı cəlb olunub. O, insan tələfatından təəssüfləndiyini bildirib, xəsarət alanlara şəfa arzulayıb.

  
 
Aytac 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol