• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan

AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
24.01.2025 15:11
Qazaxıstan Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsi ilə dərc olunmuş danışıqları qara qutunun stenoqramlarının "sızması” hesab etmir, çünki məlumatlar onların məzmunundan fərqlidir. Bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

"İnternetdə bir yerdə kimsə nəsə yazıb. Bu o demək deyil ki, doğrudur. Qara qutuların içindəkilərdən böyük fərq var”, - o bildirib.


Bozumbayev qeyd edib ki, Qazaxıstan, Azərbaycan, Rusiya və Braziliyadan olan ekspertlər uçuş registratorlarının deşifrəsi zamanı informasiyaya bərabər çıxış əldə ediblər.


"Rusiya, azərbaycanlı və braziliyalı ekspertlərimiz Braziliya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Braziliyada yerləşən CENIPA şirkətinin əsasında şifrənin açılmasında iştirak ediblər. Hər kəsin bərabər çıxışı var idi”, -  ölkənin baş nazirinin müavini bildirib.

O əlavə edib ki, təyyarənin qalıqları Qazaxıstandadır və beynəlxalq ekspertlər tərəfindən araşdırılıb.


"Onlar nəticə çıxaracaqlar”, – Bozumbayev yekunlaşdırıb.


Bundan əvvəl Rusiya İstintaq Komitəsinin Qroznı , Mahaçqala və Mineralnıye Vodıda qəzaya uğrayan AZAL təyyarəsinin komandiri ilə aviadispetçerlər arasında apardığı danışıqları təhlil etdiyi bildirilirdi. 
 
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb. 
 
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib. 
 
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib. 
 
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol