• $
  • £

MSK-dan namizədlərə çağırış

MSK-dan namizədlərə çağırış
10.08.2024 16:26
Mərkəzi Seçki Komissiyası (MSK) bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.Bunu "Secki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, bütün namizədlərin bərabər şərtlərə əsaslanan təşviqat kampaniyasının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun lazımi addımlar atılıb və geniş imkanlar təmin olunub:

"Bütün dairələr ərazisində müvafiq qurumlarla əməkdaşlıq şəraitində kifayət qədər, hətta artıqlaması ilə açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə, respublika üzrə 5 506 açıq və qapalı yer ayrılıb. Həmin yerlər heç bir ödəniş tələb olunmadan təşviqat subyektlərinin sərəncamındadır. Namizədlər ayrılmış yerlərdə sərbəst şəkildə öz seçiciləri ilə görüşmək imkanına malikdirlər. Eyni zamanda, deputatlığa namizədlər ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı MSK-ya müraciət etmiş 58 media qurumunda bərabərlik prinsipi əsasında və eyni şərtlərlə ödənişli təşviqat da apara bilərlər”.

"Bütün namizədlərdən təvəqqemiz qanunvericiliyin tələblərinə uyğun, bir-birlərinə qarşılıqlı hörmət şəraitində təşviqat aparmalarıdır. Təşviqatın hədəfi digər namizədlərə qarşı kampaniya deyil, seçicilərə öz ismarışlarını çatdırmaqdan ibarət olmalıdır”, - Qasımov əlavə edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 12:07
Prezident sərəncam imzalayıb
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Siyasət 12:50
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət 12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Siyasət 12:12
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol