Putin Azərbaycana rəsmi səfərə gəlir
Rusiya prezidenti Vladimir Putin avqustun 18-19 Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İki ölkə liderləri arasında "Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər”in müzakirəsi gözlənilir.
Həmçinin səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Bu Putinin Rusiyada prezident seçildikdən sonra Azərbaycana ilk səfəri olacaq.
Gülnar
Son xəbərlər
Daha çox