• $
  • £

Vardanyanın Xankəndidəki iş otağından “Naxçıvan atlası” tapılıb

Vardanyanın Xankəndidəki iş otağından “Naxçıvan atlası” tapılıb
17.08.2024 09:30
Ruben Vardanyanın Xankəndidəki iş otağından tapılmış "Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik.Bu barədə "Report"a "Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib.

O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:
 
"Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolemeyin II əsrdə yazdığı "Coğrafiya” əsəri əsasında tərtib olunub və orada "Böyük Ermənistan”dakı yer adları erməni toponimləri ilə verilib. Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolemeyin "Coğrafiya” əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub”.

Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:

"Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır. Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 12:07
Prezident sərəncam imzalayıb
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Siyasət 12:50
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət 12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Siyasət 12:12
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol