Birinci xanımlar və qızları Daşkənddə sərgi ilə tanış olublar - YENİLƏNİB
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
"Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun son illərdə çəkdiyi əsərlər nümayiş olunub.
Xalq rəssamı Akmal Nur sərgidə yer alan əsərləri barədə məlumat verib. Bildirib ki, əsərlərdə ana sevgisi və kənd həyatının motivləri, ailə və ən əsası Tanrının insana bəxş etdiyi talelər canlandırılıb.
Sonra birinci xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış olublar. Hər bir məmulat ənənəvi özbək naxışvurmasının müxtəlif texnikalarından istifadə olunmaqla əllə yerinə yetirilib.
Qeyd olunub ki, "Süzane” naxışının vurulmasında pambıqdan və ipəkdən yalnız evdə hazırlanmış materiallardan istifadə olunub. Saplar əllə boyanır, sonra dağ kvarsı və duz əlavə olunmaqla qaynadılır ki, bu da saplarda boyanın uzunmüddətli qalmasından ötrüdür.
Birinci xanım Mehriban Əliyevaya Özbəkistan mədəniyyətinin təbliğ olunduğu xatirə hədiyyələri təqdim edilib.
***
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə "Mexrli” məktəbi ilə tanış olublar.
Birinci xanımlara məktəb barədə məlumat verilib.
Bildirilib ki, Uşaq Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən uşaqlara məktəbəqədər, o cümlədən ümumi orta təhsil verilir. Məktəb həm də valideynlərin bu prosesə cəlb edilməsi ilə uşaqların tam reabilitasiyasına və sosiallaşmasına şərait yaradır. Tədris prosesində sırf rəqəmsallaşdırılmış dərslik və kitablardan istifadə olunur.
Mərkəzdə müalicə alan 1-11-ci sinif şagirdləri üçün ümumi orta təhsil Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı və təhsil proqramlarına uyğun olaraq ayrıca hazırlanmış kurikulum əsasında 12 fənn üzrə həyata keçirilir. Məktəbin yaradıcılıq studiyasında uşaqlara musiqi və təsviri incəsənət fənləri öyrədilir.
Sonra birinci xanımlar uşaqlarla görüşüb və onların əl işləri ilə tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.
14:43
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva avqustun 23-də Daşkənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşüb.
www.anews.az
Anews TV
Rəsmi Youtube kanalımız