• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Türkiyə F-35 və C-400 arasında seçimini etdi

Türkiyə F-35 və C-400 arasında seçimini etdi
28.08.2024 15:50
Türkiyə Yunanıstan aviasiyasına üstün gəlmək üçün ABŞ-dan yeni nəsil F-35 qırıcıları almaq istəyində olduğunu bildirib. Bu barədə Türkiyənin Cümhuriyyət  qəzeti məlumatlı mənbələrə istinadən yazıb. 
 
Nəşrin məlumatına görə, Ankara F-35-lərin tədarükü proqramına qayıtmaq üzrə danışıqlar zamanı Vaşinqtona bildirib ki, F-35-lər ona verilərsə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini işə salmayacaq. Nəşr qeyd edir ki, Türkiyə bu kompleksləri Rusiya Federasiyasından 2,5 milyard dollara alıb, lakin onlar heç istifadəyə verilməyib və hələ də Türkiyədə anbarda saxlanılır.

Amerikanın Ankaradakı səfirliyinin yüksək vəzifəli nümayəndəsi bu məlumatı təkzib etməyib.
 
"İndi top Türkiyənin meydançasındadır, onlar F-35-in alınması üçün tələbləri yaxşı bilirlər”, o  müsahibəsində  deyib.

2017-ci ildə Moskva və Ankara S-400 sistemlərinin tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə bağladılar və Vaşinqton bu sövdələşmənin qarşısını almağa çalışdı və hətta Türkiyəni ən son F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırdı. Lakin bu da kömək etmədi: raket sistemləri Türkiyəyə 2019-cu ilin yayında çatdırılıb.

Ötən ilin yazında ABŞ dövlət katibinin müavini Wendy Sherman Ankaranın S-400-lərin alınmasının "çoxdankı problem” olduğunu və "bəlkə də bu problemi həll etmək üçün bir yol tapa biləcəyimiz an yetişib” demişdi. O, nə demək istədiyini açıqlamayıb.

2022-ci ilin martında Reuters məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ Türkiyə ilə qeyri-rəsmi olaraq Rusiya S-400-lərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edib. Vaşinqton Ankaranı F-35 tədarükü proqramına qaytaracağına söz verib, lakin sonda tərəflər bu məsələdə heç bir razılığa gəlməyiblər. Agentliyin məlumatına görə, Türkiyə Rusiya ilə münasibətləri korlamaq istəmədiyi üçün ABŞ-ın təklifini yersiz hesab edə bilər.

Ötən mayda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir variantın həqiqətən də müzakirə olunduğunu təsdiqləsə də, Ankara Vaşinqtondan imtina etmişdi. "Biz cavab verdik: "Bu mümkün deyil. Biz bunu özümüz üçün almışıq”, -  diplomat bildirib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol