• $
  • £

Əziz Əliyev təbliğat prosesinin uğurla başa çatdığını açıqlayıb

Əziz Əliyev təbliğat prosesinin uğurla başa çatdığını açıqlayıb
30.08.2024 11:05
104 saylı Gədəbəy seçki dairəsinin namizədi Əziz Əliyev təbliğat və təşviqat prosesini yekunlaşdırıb. Bu barədə öz sosial hesabında paylaşım edərək bildirib.


"1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində sizə müraciət edirəm. Mən, 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əliyev, sizin dəstəyinizlə ölkə rəhbərimizin qalib siyasətini "Yeni siyasi vizyon" adı altında proqrama çevirdik. Bu proqramda fərqli bir yanaşma ortaya qoyaraq, yalnız mərkəzi dairələrlə məhdudlaşmayan, həm də ucqar dağ rayonlarında fərqliliklərə, yeniliklərə və ilklərə imza atan bir təbliğat və təşviqat kampaniyası həyata keçirdik. Bu kampaniya, Prezident İlham Əliyevin qalib siyasətinə vətəndaş dəstəyini təmin edən, mühüm dövlət ideyaları ilə zəngin bir siyasi mühitin yaradılmasına töhfə vermək üçün idi",- o biıdirib.


"Gəncliyimizin enerjisini və dinamizmini Gədəbəy insanının və siyasi düşüncənin modern baxışı ilə birləşdirərək, dövlət siyasətinə uyğun bir şəkildə əsaslandırmaq, vətəndaşları dövlət siyasəti ətrafında səfərbər etmək və onları siyasi mühitə hazır saxlamaq missiyamızı uğurla yerinə yetirdik. Biz "Səsiniz Əziz olsun" şüarını sadəcə bir ifadəyə çevirmədik, onu cəmiyyətin ümumi qəbuluna uyğun, ictimai reaksiyaya, dəstəyə və real siyasi fəaliyyətə çevirməyi bacardıq. Biz vurğuladıq ki, siyasi qalibiyyət yalnız fərdi məqsədlərdən üstün deyil, həm də dövlətin milli maraqlarına dayanan bir amaldır. Bu kontekstdə, biz yalnız və əbədi olaraq dövlətin qalib olduğunu göstərdik.


Seçki kampaniyamızın heç bir məğlubu yoxdur, çünki Gədəbəy kimi ucqar, lakin strateji əhəmiyyətə malik bir bölgənin siyasi, tarixi, mədəni, sosial, ədəbi və ideoloji, dini aspektlərini canlandıraraq, onları ölkə miqyasında tanıtmaqla, xüsusilə gənc nəslin maarifləndirilməsində böyük rol oynaya bildik. Ölkə rəhbərimizin multikulturalizm siyasətini, iqtisadi vizyonunu, alman, alban və rus, xristianlıq və İslam dəyərlərinə olan münasibətini cəmiyyətə düzgün şəkildə çatdırdıq. Gələcək üçün böyük təcrübə qazandıq və qalibiyyətin dövlətin milli maraqları çərçivəsində olduğunu vurğuladıq.


Yeni nəsillərlə və yaşlı şəxslərlə apardığımız işlər vasitəsilə yeni təcrübələr qazandıq, maraqlı iş formaları müəyyən etdik. Bu səbəbdən, hamımızı təbrik edirəm!  Fərqi yoxdur Gədəbəyi kim təmsil edəcək, əsas məsələ odur ki, Gədəbəy bu gün Ölkə rəhbərinə, dövlət və dövlətçiliyə mütləq sədaqətlə sadiqdir",- Əliyev əlavə edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 12:07
Prezident sərəncam imzalayıb
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Siyasət 12:50
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət 12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Siyasət 12:12
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Siyasət 21:24
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol