Bakıda beynəlxalq vergi forumu keçirilir
Bu gün Bakıda «Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda vergi forumu işə başlayıb.«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək forum çərçivəsində «Vergi inzibatçılığında partnyorluq münasibətləri» və «Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu» adlı sessiyalar keçiriləcək.Sessiyalarda dövlət orqanları, Avropa Birliyi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Niderland, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumları, banklar, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri və KİV nümayəndələri və iş adamları iştirak edirlər.Qeyd edək ki, tədbirdə «Vergi inzibatçılığında partnyorluq münasibətləri», «Risklərin idarə edilməsi və partnyorluq», «Vergi öhdəliklərinin icra modeli», «Bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması», «Dövlət və bələdiyyələr arasında iqtisadi münasibətlər», «Vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid: problemlər, perspektivlər» və digər mövzular müzakirə ediləcək.Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılacaq, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış edəcəklər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
14:20
Электрические и гибридные автомобили будут облагаться НДС — представитель Налоговой службы
İqtisadiyyat
14:13
Azərbaycanda ilkin səhiyyə xidmətlərinin inkişafı üçün 1 500 yeni həkimə ehtiyac var — Zaur Əliyev
İqtisadiyyat
13:57
Gələn il büdcədən onkoloji xəstəliklərin müalicəsinə 118 milyon manat vəsait ayrılacaq
İqtisadiyyat
13:05
Vergi artımlarından dövlət büdcəsinə 623 milyon manat əlavə gəlir daxil olacaq — DVX rəsmisi
Son xəbərlər
Daha çox