• $
  • £

Unibankın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz

Unibankın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz
12.09.2024 15:31
Əgər banka gələrkən şəxsiyyət vəsiqənizi evdə unutmusunuzsa, narahat olmayın. Çünki rəqəmsal şəxsiyyət vəsiqəsi ilə "Unibank”ın məhsul və xidmətlərindən istifadə edə bilərsiniz. "Unibank”la  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında əməkdaşlıq, müştərilərə əlavə üstünlük yaradıb. Bu,  Unibank müştərilərinə filiallarda  bankın məhsul və xidmətlərindən şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmədən istifadə imkanı verir. 


 "Mygov” tətbiqini yüklədikdən və daxil olduqdan sonra rəqəmsal şəxsiyyət vəsiqənizi tətbiqdə görə bilərsiniz. Müştəri "mygov” mobil tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu bölüşə və ya QR kodun aşağı hissəsində əks olunan 8 simvoldan ibarət kodu bank əməkdaşına təqdim edə bilər. Bununla da kredit, kart əldə etmək, depozit hesabı açmaq, pul köçürməsi və digər bank xidmətlərindən istifadə mümkün olur. 


Rəqəmsal şəxsiyyət vəsiqəsinin "mygov checker” mobil tətbiqi və veb portalı üzərindən verifikasiyadan keçirilməsi mümkündür.


Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Unibank-Sənin Bankın!


 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti bahalaşıb
PAŞA Bank Gürcüstanın aktivləri açıqlanıb
İqtisadiyyat 15:47
PAŞA Bank Gürcüstanın aktivləri açıqlanıb
Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib
İqtisadiyyat 15:36
Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib
PAŞA Bankın kapital adekvatlığı normativ tələbi üstələyir
İqtisadiyyat 15:32
PAŞA Bankın kapital adekvatlığı normativ tələbi üstələyir
PAŞA Bankın “yaşıl” kredit portfeli 36,8 milyon manata çatıb
İqtisadiyyat 15:28
PAŞA Bankın “yaşıl” kredit portfeli 36,8 milyon manata çatıb
PAŞA Bankın IPO-sunda 51,3 mln manatlıq səhm yerləşdirilib
İqtisadiyyat 15:25
PAŞA Bankın IPO-sunda 51,3 mln manatlıq səhm yerləşdirilib
PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb
İqtisadiyyat 15:19
PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb
PAŞA Bankın aktivləri 9,98 milyard manata çatıb
İqtisadiyyat 15:14
PAŞA Bankın aktivləri 9,98 milyard manata çatıb

Bakıda 12 gün komada qalan körpəxilas olundu
İqtisadiyyat 14:35
Bakıda 12 gün komada qalan körpəxilas olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol