• $
  • £

Sülh imzalandığı təqdirdə Azərbaycandan qaz ala bilərik - Ermənistanın baş naziri

Sülh imzalandığı təqdirdə Azərbaycandan qaz ala bilərik - Ermənistanın baş naziri
18.09.2024 13:26
Ermənistan ərazisindən Naxçıvana və Türkiyəyə tranzit qaz kəməri keçərsə Azərbaycandan qaz almaq mümkün ola bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"Biz Rusiyadan,İrandan qaz idxal edirik. Əgər iki ölkə arasında sülh yaranarsa Ermənistan Azərbaycandan qaz ala bilər", -  baş nazir bildirib. 
 
Bundan əvvəl sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistanın Azərbaycandan qaz alması məsələsi bir neçə dəfə iki ölkənin rəsmi şəxsləri tərəfindən səsləndirilib. 
 
Ermənistan hazırda Rusiyadan qaz alır və onu elektrik enerjisi müqabilində İrandan da alır.

Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz, 20 faizi nüvə yanacağı, 11 faizi bərpaolunan enerji mənbələri, 10 faizi neft və 2 faizi kömür və digər mənbələr hesabına həyata keçirilir. Ölkədə təsdiqlənən neft və ya təbii qaz ehtiyatları yoxdur və ölkə idxaldan asılıdır (ümumi enerji təchizatının 65-70 faizi). Neft və neft məhsulları əsasən Gürcüstan, İran, Rusiya və bəzi Avropa ölkələrindən idxal olunur. Təbii qaz Rusiyadan Gürcüstan ərazisindən tranzit keçən boru kəməri ilə və elektrik enerjisi əvəzinə barter müqaviləsi əsasında İrandan idxal olunur. Eyni zamanda, nüvə yanacağının da Ermənistan üçün əsas təchizatçısı Rusiyadır.
 
Ermənistana qaz təchizatı əsasən 2 boru kəməri vasitəsilə həyata keçirilir: İran-Ermənistan qaz kəməri və Rusiya-Gürcüstan-Ermənistan boru kəməri. İran-Ermənistan qaz kəməri Ermənistanın qaza olan tələbatını (illik 2,3-2,5 milyard kubmetr) təxminən 2 qatı həcmində ölkəni qaz ilə təmin etmək gücünə malikdir. İstifadəyə verildiyi ilk illərdə İran təbii qazı ilə Ermənistan elektrik enerjisi barter olunurdu. Lakin ölkənin qaz təchizatının Rusiya şirkətinin inhisarına keçməsi İran qazına olan marağı azaldıb.
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol