• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

“Bakcell”dən abunəçilərə geniş seçim imkanı verən “Star” tarifi

“Bakcell”dən abunəçilərə geniş seçim imkanı verən “Star” tarifi
18.09.2024 18:20
İnnovasiya və sürət lideri "Bakcell” danışıq dəqiqləri, internet və digər imkanları özündə birləşdirən "Star" tarifini təqdim edir. Abunəçilər 9 fərqli kateqoriyada təklif olunan tarifi seçməklə əlavə internet bonusları da əldə edəcəklər.

"Star” tarifinə qoşulan abunəçilər ölkədaxili zənglər üçün dəqiqələr və internetlə yanaşı, "WhatsApp” və "Telegram” tətbiqlərində yazışmaları ödənişsiz həyata keçirəcəklər. Üstəlik, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra hər növbəti yenilənmə zamanı abunəçilərə əlavə internet bonusları təqdim olunacaq.

Məsələn, "Star 6GB” tarifinə 550 danışıq dəqiqəsi, 6GB internet balansı və "WhatsApp” və "Telegram” tətbiqlərində ödənişsiz mətn yazışmaları daxildir. Bundan əlavə, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra abunəçilərə hər yenilənmə zamanı əlavə "2GB” internet bonus olaraq təqdim olunacaq. "Star 6GB” tarifinə "*600#YES” kodunu yığmaqla asanlıqla keçmək olar. Tarif paketinin dəyəri 14,90 AZN-dir. Cari tarifdən "Star” tarifinə keçid tamamilə ödənişsizdir.

Qeyd edək ki, 9 fərqli kateqoriyada təqdim olunan "Star” tarifi barədə ətraflı məlumatı "Bakcell”in saytından əldə etmək mümkündür.

"Bakcell” haqqında

"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

"Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DİM imtahansız universitetlərə qəbul olanlara ÇAĞIRIŞ ETDİ
Cəmiyyət 10:32
DİM imtahansız universitetlərə qəbul olanlara ÇAĞIRIŞ ETDİ
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:13
Faktiki hava açıqlanıb
Çaylarda sululuq artıb
Cəmiyyət 09:45
Çaylarda sululuq artıb
Yollarda yenə tıxac var - Siyahı
Cəmiyyət 09:01
Yollarda yenə tıxac var - Siyahı
"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
Cəmiyyət 23:15
"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
Cəmiyyət 23:00
"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:59
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Mingəçevirdə iki məktəblini maşın vurub
Cəmiyyət 20:05
Mingəçevirdə iki məktəblini maşın vurub
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 19:24
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol