• $
  • £

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!
20.09.2024 17:53
Sentyabrın 19-da ADA Universitetində "Technovate-Sabah Mələk İnvestorlar Klubu” və "Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının (Startup World Cup) regional mərhələsi keçirilib.

ABB ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi bu qlobal tədbirə tərəfdaşlıq dəstəyi verib. Yarışmada iştirak üçün qeydiyyatdan keçmiş 100-ə yaxın startap arasından seçilən 5 startap öz ideyalarını geniş auditoriya qarşısında təqdim edib. Jürinin qərarı ilə qalib elan olunmuş startap 4 oktyabr 2024-cü ildə ABŞ-da keçiriləcək final yarışmasında Azərbaycanı təmsil edəcək. 
 
  "Startup World Cup” 60-dan çox ölkədə keçirilir və dünyanın ən yaxşı startaplarını bir araya gətirir. Onların qlobal miqyasda tanınmasına imkan yaradır. Bu baxımdan, sözügedən yarışma gənc sahibkarları və onların innovativ ideyalarını dəstəkləyən unikal platformadır.
 
Ölkəmizdə belə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanın startap ekosisteminin inkişafına, bu sahədə faydalı təcrübələrin formalaşmasına, gənc sahibkarlarımızın beynəlxalq arenada tanınmasına xidmət edir.
 
"Startup World Cup” tədbirinə tərəfdaşlıq dəstəyi ilə ABB yeni imkanların axtarışında olan gənc sahibkarların yanında olduğunu, onların inkişafına hərtərəfli dəstəyini bir daha nümayiş etdirir.

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol