• $
  • £

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edildi

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edildi
26.09.2024 15:02
Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 
 
Hadisə Türkan qəsəbəsində baş verib.
 
Xəzər rayonu Türkan qəsəbəsindən yaşayan bir qadın polisə şikayət edərək tanışı R. İsmaylov adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən işgəncə verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.
 
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlıya qarşı zorakılıq hərəkətləri edən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.
 
Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddəsi ilə cinayət işi başlanılıb.
 
İsmayılov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə ona ittiham elan olub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçililib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Eurohome" fəaliyyətini dayandırıb
Cəmiyyət 14:41
"Eurohome" fəaliyyətini dayandırıb
Yelo Bank gənclərin böyük marağını nəzərə alaraq “Summer Challenge 2026” proqramına qeydiyyatı uzatdı!
Cəmiyyət 14:25
Yelo Bank gənclərin böyük marağını nəzərə alaraq “Summer Challenge 2026” proqramına qeydiyyatı uzatdı!
Bu gündən rezidenturaya qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayır
Cəmiyyət 11:45
Bu gündən rezidenturaya qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayır
Yasamaldakı yanğınla bağlı istintaq yekunlaşıb
Cəmiyyət 10:44
Yasamaldakı yanğınla bağlı istintaq yekunlaşıb
Azərbaycan dili imtahanında ikinci cəhd yenidən təşkil olunacaq - DİM
Cəmiyyət 10:35
Azərbaycan dili imtahanında ikinci cəhd yenidən təşkil olunacaq - DİM
Dələduzluqda ittham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək
Cəmiyyət 10:13
Dələduzluqda ittham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək
Bəzi yerlərə yağış yağıb - faktiki hava
Cəmiyyət 09:48
Bəzi yerlərə yağış yağıb - faktiki hava
Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:35
Xəzərdə zəlzələ olub
QMİ Qurban bayramı ilə bağlı fətva verib
Cəmiyyət 09:30
QMİ Qurban bayramı ilə bağlı fətva verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol