• $
  • £

Netanyahu İran xalqına müraciət edib

Netanyahu İran xalqına müraciət edib
30.09.2024 19:15
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.Bu barədə o, sosial şəbəkə hesabında video yayımlayıb.

Baş nazir ingiliscə etdiyi müraciətdə bildirib ki, mövcud rejim hər keçən saniyə İran xalqını uçuruma aparır. Bununla yanaşı, hakimiyyət xalqın maraqlarına əhəmiyyət vermir:

"Əgər hakimiyyət bununla maraqlansaydı, Yaxın Şərqdə mənasız müharibələrə milyardlarla dollar vəsait xərcləməyi dayandırardı. Hazırda Livan və Qəzzanı müdafiə edən bir rejim görürsünüz. O rejim sizinlə maraqlansaydı, həyatınızı yaxşılaşdırmağa başlayardı. Təsəvvür edin ki, rejimin nüvə silahlarına və xaricdəki müharibələrə xərclədiyi külli miqdarda pul övladlarınızın təhsilinə yatırılır. Səhiyyə xidmətlərinizi, ölkənizin infrastruktur, su və kanalizasiya kimi ehtiyaclarını yaxşılaşdırır. Sadəcə təsəvvür edin!”

Netanyahu fikirlərini belə əsaslandırıb:

"İran nəhayət azad olduqda, hər şey düşündüyünüzdən də fərqli olacaq. Qədim yəhudi və fars xalqları, nəhayət, sülh içində olacaq. Həmin gün gələndə rejimin 5 qitədə qurduğu terror şəbəkəsi iflas edib parçalanacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol