• $
  • £

Rusiya Qazaxıstanla "ticarət müharibəsi" elan edib

Rusiya Qazaxıstanla
04.10.2024 16:26

Rosselxoznadzor Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Aqrosənaye Kompleksi üzrə Dövlət İnspeksiya Komitəsinə 7 oktyabr 2024-cü il tarixindən etibarən respublikada yetişdirilən təzə qovunlara fitosanitar sertifikatların verilməsinin dayandırılması xahişi ilə müraciət edib. Bu barədə İnterfaks məlumat yayıb.


"Qərar, keçmiş illərdə və cari ildə Rusiyaya idxal edilən qazaxıstan qovunlarında karantin obyekti – qovun milçəyinin (Myiopardalis pardalina (Bigot)) dəfələrlə aşkarlanması və Rusiyanın fitosanitar təhlükəsizliyinin qorunması məqsədilə qəbul edilib," - Rosselxoznadzor bildirib.


Qurum artıq hesablayıb ki, "qovun milçəyinin daxil olması və yayılması nəticəsində potensial iqtisadi zərər 250 milyon rubldan çox ola bilər."


Məlumata görə, 2024-cü ildə Qazaxıstandan Rusiyaya idxal edilən karantin altına alınmış məhsulların, xüsusilə meyvə-tərəvəz məhsullarının həcmi xeyli artıb. Ümumi idxalın 17%-dən çoxunu Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Aqrosənaye Kompleksi üzrə Dövlət İnspeksiya Komitəsi tərəfindən sertifikatlaşdırılan təzə qovunlar təşkil edir.


Bu həftənin əvvəlində məlumat verilmişdi ki, Rosselxoznadzor Qazaxıstana bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən taxıl, pomidor, bibər və günəbaxan toxumlarının Rusiyaya ixracının müvəqqəti olaraq dayandırılması tələbi ilə müraciət edib. Qurum müraciətində tez-tez zərərvericilər və xəstəlik törədən mikroorqanizmlərin aşkar olunmasını səbəb kimi göstərib. Bununla əlaqədar olaraq, Rosselxoznadzor Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən bu məhsulların Rusiyaya ixracı üçün fitosanitar sertifikatların verilməsini müvəqqəti olaraq dayandırmağı xahiş edib. 

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol