Rusiya hərbçiləri Ermənistan sərhədindən çıxarılır

Gələn ilin yanvarın 1-dən etibarən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri tərəfindən birgə təşkil olunacaq. Bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.
Ermənistanla İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində isə bilavasitə Ermənistan sərhədçiləri keşik çəkəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 