Pentaqon 500 ədəd "Roadrunner" şaquli uçuş aparatları alacaq
ABŞ Müdafiə Nazirliyi pilotsuz təyyarələrə qarşı sistemlərin alınması üçün Anduril Industries şirkəti ilə müqavilə bağlayıb. Bu barədə Lenta.ru məlumat yayıb.
Bildirilib ki, müqavilə çərçivəsində Pentaqon 500 ədəd Roadrunner şaquli uçuş və eniş aparatları və təyyarələrdə quraşdırıla bilən Pulsar portativ elektron döyüş sistemləri almağı planlaşdırır.
Şirkət qeyd edib ki, müqaviləyə əsasən Anduril mütəxəssisləri ABŞ silahlı qüvvələrinin əhəmiyyətli təhlükələrlə üzləşdiyi prioritet bölgələrdə xidmət göstərəcək.
2025-ci ilin sonuna qədər davam edəcək tədarüklər bu il başlayacaq.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər