• $
  • £

Sloveniya-Azərbaycan oyunundan sonra dava düşüb

Sloveniya-Azərbaycan oyunundan sonra dava düşüb
29.05.2020 06:52
Futzal üzrə Azərbaycan millisinin Sloveniya ilə oyunundan sonra dava düşüb.Apapsport.az saytının Antverpenə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bol qollu keçən oyun gərginliyi ilə seçilib. Belə ki, oyun ərzində tərəflər arasında kobudluqlar qeydə alınıb. Bunun nəticəsi olaraq, oyundan sonra Sloveniyanın kapitanı İqor Osredkarla millimizin kapitanı arasında kiçik qarşıdurma yaşanıb. Digər futzalçıların müdaxiləsi məsələnin böyüməməsinə səbəb olub. Qeyd edək ki, millimiz Sloveniya ilə oyunda hesabda geri olsa da, son dəqiqələrdə vurduğu qollarla qələbə qazanmağı bacarıb – 7:6. Futzal üzrə millinin kapitanı Vitali Borisov oyun və baş verən insidentlə bağlı apasport.az saytına açıqlama verib. “Açığı, Sloveniya ilə asan oyun keçəcəyini gözləyirdik. Ancaq rəqibimiz göstərdi ki, əbəs yerə İtaliyanı udmayıb. Oyuna yaxşı başlasaq da, sonradan qol buraxmaqla planlarımız alt-üst oldu. Ancaq həmişə olduğu kimi qapıçını çıxarıb 5-in 4-ə yaxşı oynadıq. Həmin müddətdə 5 qol vurub cəmi 1-ni qapımızdan buraxdıq”, - deyə V. Borisov bildirib. Oyunun 29-cu dəqiqəsinin 20-ci saniyəsində hesabı bərabərləşdirən (5:5) Borisov çox səhvlərə yol verdiklərini bildirib: “Hiss olunurdu ki, Sloveniyada ilk oyunun yorğunluğu var. Sadəcə, 6 qolun 5-ni öz səhvimizdən buraxdıq. İtaliya ilə görüşdə belə səhvləri təkrarlamamalıyıq. Onlarla matçda 2:5 hesablı yenilgidən sonra qələbə qazanmaq çətin olar”. O, oyundan sonra Sloveniyanın kapitanı İqor Osredkarla dava etməsinin səbəbinə də aydınlıq gətirib: “O elə bilirdi ki, mən qaydanı pozmuşam, sadəcə hakim oyunu dayandırmayıb. Ancaq oyun gərgin keçdiyindən, həmin epizodda kobud yox, sərt oynamışdım. Matçdan sonra ona yaxınlaşıb oyuna görə “çox sağ ol” dedim. O isə əlimi geri çevirib məni itələdi. Mən də eyni hərəkətlə ona cavab verdim. Belə olub aramızda mübahisə başladı. Halbuki oyunda nə baş veribsə, o orda da qalmalıdır. O peşəkar kimi davranmadı, ona görə də belə dava düşdü”. V. Borisov iyulun 2-də C qrupunun son matçı olan İtaliya ilə görüş haqqında isə bunu deyib: “İtaliya ilə oyun çox çətin olacaq. Baxmayaraq ki, onlar ilk oyunda uduzublar, ancaq bu komandada ulduz oyunçular var. Hər an hər şey etməyə qadirdirlər. Ancaq sabahkı 30-40 dəqiqəlik məşqdən sonra istirahət etmək və bu matça tamamilə köklənmək imkanımız olacaq”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol