• $
  • £

Polşa qeyri-qanuni miqrantlara sığınacaq verməyəcək

Polşa qeyri-qanuni miqrantlara sığınacaq verməyəcək
12.10.2024 21:54
Polşa sığınacaq vermək hüququnu müvəqqəti olaraq dayandırmaq niyyətindədir.Bu barədə ölkənin Baş naziri Donald Tusk deyib.

O bildirib ki, bu, Polşa hökumətinin yeni miqrasiya strategiyasının bir hissəsi olacaq.

Vətəndaş Koalisiyasının partiya konfransında Tusk deyib ki, hakimiyyət Polşaya və Avropa Birliyinə kimin daxil olacağına tam nəzarəti qaytarmalıdır:

"Biz Polşaya qeyri-qanuni miqrasiyanı minimuma endirəcəyik. Mən bu qərarın Avropada tanınmasını tələb edəcəyəm”.

Polşanın baş naziri, həmçinin Brüsseli tənqid edərək, Aİ-nin miqrasiya sazişi Polşanın təhlükəsizliyini təhlükə altında qoyacağı təqdirdə ona əməl etməyəcəyi ilə hədələyib.

Baş nazirlik aparatının rəhbəri Yan Qrabek isə bildirib ki, qadağa yalnız miqrantların Belarusdan sərhədi keçmək cəhdlərinə şamil ediləcək:

"Beləliklə, bu, müharibədən Polşaya qaçan ukraynalılara təsir etməyəcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol