İsrail Hizbullahı "amansızcasına" vurmağa davam edəcək - Netanyahu

İsrail Beyrut da daxil olmaqla bütün Livan boyu "Hizbullah”a hücumu davam etdirəcək.Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan ərazisindən hücuma məruz qalan ordunun bazasını ziyarət edərkən bildirib.
"Biz Beyrut da daxil olmaqla, Livanın bütün bölgələrində "Hizbullah”a amansızcasına zərbələr endirməyə davam edəcəyik", - o, deyib.
Baş nazirin sözlərinə görə, İsrail İranın "şər oxuna” qarşı çətin mübarizə aparır.
"Mübarizəni davam etdiririk, ağır itkilər olsa da, böyük uğurlar əldə etmişik", - Netanyahu qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 