• $
  • £

ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!

ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!
17.10.2024 09:35
ABB ölkəmizdə kapital bazarlarının inkişafına təkan verəcək daha bir mühüm addım atıb. Artıq Bankın ABB mobile tətbiqində ABB səhmlərinin təkrar bazarına da start verilib. Belə ki, ABB səhmdarı olan istifadəçilər tətbiq vasitəsilə öz səhm portfellərini izləyə və eyni zamanda səhmlərin alqı-satqısı ilə məşğul ola bilərlər.
 
Azərbaycan Respublikası Prezidentinin dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında müvafiq Sərəncamına uyğun olaraq ilk dəfə ABB-nin səhmlərinin kütləvi emissiyası uğurla həyata keçirilib. Ölkəmizin kapital bazarlarının inkişafına xidmət edən bu proses tarixi nəticə ilə tamamlanıb. Yerləşdirmə nəticəsində ABB səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib. Qısa müddət ərzində Azərbaycanın kapital bazarlarına bu qədər sayda yeni iştirakçı qoşulub.
 
Səhmlərə abunə yazılışı zamanı ABB ilk dəfə innovativ üsullar tətbiq edərək sifarişlərin qəbulunu ABB mobile tətbiqi vasitəsilə həyata keçirib. Sifariş imkanlarının rahat və əlçatanlığı investorların prosesdə fəal iştirakında böyük rol oynayıb. ABB mobile tətbiqi vasitəsilə bu gündən etibarən səhmlərin təkrar bazarda alqı-satqısı imkanlarının yaradılması ölkəmizin kapital bazarlarında böyük canlanmaya səbəb olacaq.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol