• $
  • £

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlandı!

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlandı!
18.10.2024 18:42
Oktyabrın 17-də növbəti dəfə Bakı Caz Festivalına start verilib. "Payızın caz improvizasiyaları: Baku Jazz 2024” adı altında keçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi göstərir.
 
Festival oktyabrın 27-dək davam edəcək. Konsert proqramları Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Milli Konservatoriyasında, "Jolly Joker” konsert meydançasında və ADA Universitetində təşkil olunacaq.
 
Festivalın proqramına konsertlər, ustad dərsləri, caz ulduzları ilə görüşlər, "İpək üzərində caz” sərgisi, "Jazz & Art” animasiya eskizləri, "Best World Jazz Photo” sərgisi, Bəhram Bağırzadənin "Uşaqlar üçün caz” kitabının təqdimatı və digər tədbirlər daxildir.
Bakı Caz Festivalında ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi üslublar nümayiş olunacaq. Festivalda Interplay triosu, amerikalı müğənni Şeril Rayley, eləcə də digər dünya ulduzları iştirak edəcək.
 
Bakı Caz Festivalı ənənəsinin təməlini 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın əməkdar artisti Rain Sultanov qoyub. ABB ardıcıl olaraq Bakı Beynəlxalq Caz Festivalına tərəfdaşlıq dəstəyi verir.
 
Festival haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol