• $
  • £

Navalnı ölümündən qabaq əziyyətlərə məruz qalıb

Navalnı ölümündən qabaq əziyyətlərə məruz qalıb
21.10.2024 15:27

Rusiyalı jurnalistlər İK-6 koloniyası əməkdaşlarının yazışmalarını əldə edərək müəyyənləşdiribər ki, koloniyada dünyasını dəyiçən müxalifətçi  siyasətçi Aleksey Navalnıya qəsdən dözülməz şərait yaradılıb.  Bu məlumatlar 2024-cü ilin avqustunda Meduza nəşrinə anonim mənbə tərəfindən ötürülüb.


Məktublardan məlum olur ki, İK-6 koloniyasının əməkdaşı İlya Kruqlyşev Navalnının ağır şəraitdə saxlanması üçün qurulan sistemin təşkilində əsas rol oynayıb.

 

O, siyasətçinin şübhəli bəhanələrlə dəfələrlə cəza təcridxanasına salınması üçün sənədlər hazırlayıb. Navalnı İK-6-da olduğu müddətdə ümumilikdə 300 gündən çox karserdə saxlanılıb və bu müddətdə ona lazım olan tibbi preparatlar sistematik olaraq verilməyib.


İK-6 əməkdaşlarının yazışmalarında həmçinin Navalnıya qarşı sərt tədbirlərin zəruriliyinə dair sübutların saxtalaşdırılmasına cəhdlər aşkar edilib.

 

Məsələn, bir hadisədə siyasətçinin gündəlik rejimə zidd olaraq gəzinti hüququndan məhrum edildiyi zaman bir neçə sənəd versiyası müzakirə edilib.


Koloniya administrasiyası Navalnının xarici ünsiyyətinə, o cümlədən ailəsi ilə yazışmalarına və telefon zənglərinə də yaxından nəzarət edib. İK-6 əməkdaşları xüsusilə Navalnının həbsxanadan sosial şəbəkələrdə necə paylaşımlar edə bilməsinə maraq göstəriblər. Nəticədə koloniya onun vəkilləri ilə ünsiyyətinə nəzarəti gücləndirib və bəzi məktublar sadəcə ünvanına çatmayıb.


Hazırda Navalnının vəkilləri Vadim Kobzev, Aleksey Lipçer və İqor Serqunin "ekstremist” təşkilatın fəaliyyətində iştirak ittihamı ilə məhkəmədədirlər. Məhkəmə prosesi Vladimir vilayətinin Petuşki şəhər məhkəməsində qapalı rejimdə keçirilir.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol